Cümə axşamı , May 9 2024
Ana səhifə / Aktual / Xarkova Rusiya hərbi texnikası soxuldu

Xarkova Rusiya hərbi texnikası soxuldu

Bu gün səhər saatlarında Ukraynanın Xarkov şəhərinə Rusiya hərbi texnikası daxil olub. Yüngül zirehli Rusiya zirehli texnikasını sakinlər şəhərin şimal-qərbindəki Alekseyevka yaşayış massivində görüblər. Bu barədə görüntülər telegram-kanallarda yayılıb.

Sakinlər üzərində “Z” işarəsi olan cəmi 6 zirehli maşın görüblər, onlar “Pobeda” metro stansiyasına tərəf hərəkət ediblər.

Yaranmış vəziyyətlə əlaqədar Xarkov şəhər Şurası Alekseyevka rayonunda ictimai nəqliyyatın hərəkətini dayandırıb. Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov Rusiya texnikasının şəhərə daxil olduğunu təsdiqləyib. “Düşmənin yüngül zirehli texnikasının Xarkova soxulması baş verib. O cümlədən şəhərin mərkəzi hissəsinə. Diqqət! Sığınacaqları tərk etməyin! Ukrayna Silahlı Qüvvələri düşməni məhv edir. Mülki əhalidən küçələrə çıxmamağı xahiş edirik”, – qubernator təcili müraciətində bildirib.

Rusiya texnikasının habelə Xarkovun “Kiyev” metro stansiyası yaxınlığında da göründüyü bildirilir. Xatırladaq ki, üç gün idi Xarkov ətrafında şiddətli döyüşlər gedirdi və Rusiya ordusu bu istiqamətdə ağır itkilər vermişdi. Şəhər ağır artilleriyadan və raketlərdən atəşə tutulmuşdu.

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …