Çərşənbə axşamı , May 14 2024
Ana səhifə / Manşet / Daşqın Gülməmmədov: “Ukraynada Azərbaycan vətəndaşlarına ciddi kömək lazımdır, vəziyyət təhlükəlidir”

Daşqın Gülməmmədov: “Ukraynada Azərbaycan vətəndaşlarına ciddi kömək lazımdır, vəziyyət təhlükəlidir”

Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi artıq cəbhə döyüşləri vəziyyətinə gəlib. Xarkov, Kiyev və digər böyük şəhərlərdə diversantlarla qanlı küçə döyüşləri gedir. Belə bir durumda Ukraynada yaşayan Azərbaycan vətəndaşlarının vəziyyəti çox gərgindir, faktiki ortada qalıblar. Bunu mətbuata açıqlamasında Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri Daşqın Gülməmmədov Azinforum.az-a bildirib:
“Azərbaycan vətəndaşlarının durumu Kiyev, Çerniqov, və Xarkov şəhərlərində təhlükəsiz deyil. Azərbaycanın Ukraynadakı Səfirliyi ümumiyyətlə telefonlara cavab vermir, susur. Azərbaycanın Ukraynadakı Səfiri Elmira Axundovanın nə işlə məşğul olduğu, Kiyevdən qaçdığı və ya nə etdiyi bilinmir. Məlumat aldıq ki, Azərbaycan Səfirliyinin əməkdaşları Moldova tərəfə keçib sərhəddə vətəndaşların evakuasiyası ilə məşğuldur. Amma vətəndaşlar ortada qalıb. Ukraynada Azərbaycan vətəndaşlarına ciddi kömək lazımdır, vəziyyət təhlükəlidir. Üzümüzə gələn 30 saat ərzində Azərbaycan vətəndaşlarının Ukraynadan çıxarılması vacibdir. Sabah saat 10.00 dan etibarən Ukaryana Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Vinniçada yerləşən Mərkəzi Ofisi Operativ Qərargah yaradıb və artıb bu barədə sosial şəbəklərdə məlumat verilib. Milli Şurasının Operativ Qərarqahına artıq 50 nəfərdən çox Azərbaycan , 5 Türkiyə , 2 Albaniya, 4 Pakistan vətəndaşı müraciət edib. 27 fevral üçün UQTMŞ Operativ Qərərgah tərəfindən Azərbaycan vətəndaşlarının Kiyev-Vinnitsa-Otaçi (Moldova) marşrutu üzrə evakuasiyasını təşkil etməyi planlaşdırılır. Yaxın saatlarda xüsusi koridor yaradılması və nəqliyyatla təmin olunması üçün Ukaryna Daxili İşlər Nazirliyinə rəsmi məktub göndərəcəyik. Artıq Vinnitsa Vilayəti Hərbi Administrasiyası ilə Vinnitsa-Otaçi (Moldova) marşrutunu razılaşdırmışıq. Kiyev şəhərində Azərbaycan vətəndaşlarının çıxarılması mexanizmini hazırlayırıq. Vinnitsada yerləşən UQTMŞ Operativ Qərargahına UQTMŞ Sədr müavini Sergey Hnatiyuk rəhbərlik edir. Onunla bu vasitə ilə əlaqə saxlanıla bilər wat/telegr/tel: +380676961146.

Həmçinin oxuyun

Monopoliya, inkişafdan qalan kənd təsərrüfatı və qeyri-şəffaf  subsidiyalar…

“İmkanlılar torpaqdan üçtərəfli qazanc götürürlər. Subsidiya alıb əkirlər, biçəndə ən azı 30-40 sentner taxıl götürürlər. …