Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Türkiyə serialında Azərbaycanla bağlı səhnə yayımlandı – VİDEO

Türkiyə serialında Azərbaycanla bağlı səhnə yayımlandı – VİDEO

Türkiyənin “FOX” telekanalında yayımlanan “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycanla bağlı səhnə yer alıb.

Oxu.Az xəbər verir ki, həmin kadrlarda terrorçuların Azərbaycanın neft layihəsində çalışan 6 mühəndisin qaçırılması və Türkiyənin xüsusi təyinatlılarının həmyerlilərimizə yardım etməsi nümayiş olunur.

Qeyd edək ki, serialın ssenari müəllifi Süleyman Çobanoğlu, rejissoru Volkan Kocatürkdür. Baş rolları Berk Oktay, Yıldız Çağrı Atiksoy və Murat Serezli canlandırır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …