Ana səhifə / Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı ilə teleaparıcı arasında QALMAQAL

Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı ilə teleaparıcı arasında QALMAQAL

Mərhum əməkdar artist Məhəbbət Kazımovun tələbəsi, müğənni Nərgiz Hüseynli “Əllərimdən tut” adlı mahnıya çəkilmiş klipini təqdim edib.

Sözləri və musiqisi Arif Səlimova məxsus olan mahnını rejissor Rəhman Əliyev ekranlaşdırıb. Operatoru Delee, aranjimançısı Elvin Musayev, səs rejissoru Haatəm Nəbioğlu olan klipdə Hüseynlinin tərəf müqabili tanınmış aktyor Rüfət Nəzərdir.

Təqdimat mərasimində teleaparıcı Vüsalə Şahvəliqızının klipi bəyənməməsi rejissor, əməkdar artist Tünzalə Ağayevanın keçmiş həyat yoldaşı Rəhman Əliyevi özündən çıxarıb:

“Gözəl lirik mahnıdır. Amma mahnı klip ilə vəhdət təşkil etmir. Klip mahnının kölgəsində qalır”.

Teleaparıcının bu sözlərinə rejissor belə reaksiya verib:

“İki cür klip var: müğənninin “sevgilisinin” hesabına çəkilən və şəxsi hesabına çəkilən klip. Bu klip bəzi müğənnilərin “sevgililərinin” hesabına çəkdirdiyi kliplərlə müqayisədə onunla fərqlənir ki, bu, “sevgilinin” deyil, halal zəhmətlə qazanılmış şəxsi hesaba çəkilib”.  (Ölkə.az)

 

Həmçinin oxuyun

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında …

Bir cavab yazın