Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Tanınmış jurnalist İradə Sarıyevanın “Gözlə, gələcəyəm” kitabı nəşr olunub

Tanınmış jurnalist İradə Sarıyevanın “Gözlə, gələcəyəm” kitabı nəşr olunub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Xatirə Kitabı” redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından ilk kitab nəşr edilib. “Gözlə, gələcəyəm” adlı kitabın müəllifi jurnalist-publisist İradə Sarıyevadır.
İradə Sarıyevanın “Gözlə, gələcəyəm” sənədli povestində 23 yaşında Vətən uğrunda şəhid olmuş xalqımızın cəsur oğlu, gizir, kəşfiyyatçı-snayper şəhid Aydın Əmirsoltan oğlu Abdullayevin ömür yolundan söhbət açılır.
Son dərəcə təsirli səhnələrlə zəngin olan bu kitabı şəhidlərimizin müqəddəs ruhlarına yazılmış elegiyaya bənzətmək olar. İnanırıq ki, gələcək nəsillərə nümunə olacaq şəhid Aydın Abdullayevin ömür yolundan bəhs edən bu kitabı oxucular maraqla qarşılayacaqlar.

“İstedadlı qələm dostum İradə Sarıyevanın köksündən vurulan yaralı bir durna harayına sətirlərinin arxasından Aydının Ay işığı çöhrəsini görürəm, pıçıltılarını eşidirəm elə bil”. Bu ifadə kitabın redaktoru Zülfüqar Şahsevənlinin “Gözlə, gələcəyəm” kitabına yazdığı “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var” sərlövhəli redaktor sözündə yer alıb.

Qeyd edək ki, kitabın layihə rəhbəri Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, redaktoru tanınmış qələm sahibi Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-Xəbər qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevdir.
“Azəri Poliqrafia”da nəşr edilən “Gözlə, gələcəyəm” kitabının korrektorları Kamilə Dilbazi, Aybəniz Sadıqova, texniki redaktoru Dilarə Hüseynova, dizayneri isə Cəfər Kərimovdur.
“Gözlə, gələcəyəm” müəllifin ilk kitabıdır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …