Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Təlimlərdə real təhdidlərinin qarşısının alınması vəzifələri məşq ediləcək” – Hərbi ekspert

“Təlimlərdə real təhdidlərinin qarşısının alınması vəzifələri məşq ediləcək” – Hərbi ekspert

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, Azərbaycan Ordusu bu gündən növbəti təlimlərə başlayıb. Bu, Vətən müharibəsi başa çatdıqdan sonra miqyasına görə keçirilən ən böyük təlimdir. Hərbi manevrlərdə 15000 canlı qüvvə və 800-ə qədər tank, top, ÖAQ, YARS, aviasiya və PUA-nın iştirakı nəzərdə tutulub.

Azərbaycan ordusu Naxçıvan Muxtar Respublikasında da irimiqyaslı hərbi təlimlərə başlayır. 2021-ci tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq mayın 17-də Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edilməsi ilə komanda-qərargah təlimi keçiriləcək. Mayın 20-dək davam edəcək təlimdə praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun təyinat rayonlarına çıxarılaraq məşq etdiriləcək.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə təlimlərdə iştirak edəcək qoşunlar əməliyyat rayonlarına çıxarılıb. Bu təlimlər Azərbaycan-Ermənistan sərhədinin Laçın və Kəlbəcər istiqamətlərində hökm sürən gərginliklə bir vaxta təsadüf edir.

Hərbi ekspert Ədalət Verdiyev “AzPolitika.info”-ya bildirib ki, Qarabağda Ermənistan ordusunun darmadağın olunması və atəşkəsə qismən riayət olunmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin döyüşə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə belə təlimlər çox vacibdir: “Bu gün başlayan iri miqyaslı təlimlər 15.000-ə yaxın şəxsi heyətin, 800-ə qədər müxtəlif silah sistemləri, aviasiya, artilleriya və PUA-ların cəlb edilməsi ilə həyata keçiriləcək”.

Ə.Verdiyev deyib ki, 20 may tarixinə kimi davam edəcək təlimlərdə qoşun növləri real təhdidlərin qarşısının alınması məqsədilə həyata keçirilən fəaliyyətləri icra edəcəklər: “Erməni silahlı dəstələrinin Rusiya sülhməramləlarının nəzarətində olan Qarabağ ərazilərindən çıxarılmaması və Ermənistan tərəfinin Azərbaycan sərhədlərinin bərpa olunmasında gərginliyə yol açan təxribatlara şərait yaratması Azərbaycanın bu gün qarşılaşdığı real təhdidlərdən bir neçəsidir. Baş verən gərginliklər və real hadisələr fonunda bu təlimlərin keçirilməsi Ermənistan tərəfinə bir əzələ nümayişi kimi də nəzərdən keçirilə bilər”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …