Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Şuşaya səfər edən Türkiyənin təhsil rəsmisi: “Şagirdlərimiz Azərbaycanın tarixini öyrənirlər”

Şuşaya səfər edən Türkiyənin təhsil rəsmisi: “Şagirdlərimiz Azərbaycanın tarixini öyrənirlər”

“Bir həftədir ki, Azərbaycandayıq. Şagirdlərimiz Azərbaycanın tarixini, mədəniyyətini öyrənirlər. Dünən Şuşada olduq, bir sıra yerləri ziyarət etdik. Şuşanın tarixi yerlərini, döyüşlər olmuş əraziləri gördük”.

Azinforum.az xəbər verir ki,bunu “Report”a açıqlamasında Türkiyənin Kastamonu rayonunun təhsil şöbəsinin müdir müavini Sərxan Dəmirqıran deyib.

O, Kastamonunun Quzeykənd ibtidai məktəbinin 4-cü sinif şagirdlərini müşayiət edir. Türkiyəli məktəblilər hazırda Füzuli rayonundadırlar.

S.Dəmirqıran bildirib ki, şagirdlər bu səfərdən olduqca məmnundurlar: “Şagirdlərimiz Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazaraq ondan bayraq və şəxsi fotosunu istəmişdilər. Həmçinin Şuşanı və işğaldan azad olunmuş digər Azərbaycan torpaqlarını görmək arzularını bildirmişdilər. Bunun cavabında cənab Prezident onları Azərbaycana, azad olunmuş torpaqları görməyə dəvət etdi.

Bu gün artıq Füzulidəyik. Bizə bu şəraiti yaratdığı üçün Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk. Şagirdlərimiz burada gördükləri mehriban münasibəti ölkəmizə qayıtdıqda oradakı dostlarına da danışacaqlar. Dilimiz, kökümüz, sözümüz birdir. Bu qardaşlığı daha da möhkəmləndirəcəyik”.

S.Dəmirxan həmçinin Türkiyə məktəblərində Azərbaycanın Qarabağ zəfərinin tədrisi, şagirdlərə öyrədilməsi məsələsinə də toxunub. O söyləyib ki, Tarix dərsi çərçivəsində uşaqlar Azərbaycanın şanlı qələbəsi haqqında məlumatlar alırlar: “Onlar azad olunmuş torpaqları, onların tarixini kifayət qədər öyrənirlər”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …