Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Şuşaya getməkdən imtina edən partiyalar QARAYAXMA ilə məşğuldur – Deputatdan SƏRT İTTİHAM

Şuşaya getməkdən imtina edən partiyalar QARAYAXMA ilə məşğuldur – Deputatdan SƏRT İTTİHAM

“Şuşaya getməkdən imtina etməkdənsə, xaricdə əlaqədə olduqları partiyalara söz keçirsinlər. Nədənsə Azərbaycanda bəzi partiyalar və xaricdə oturan qüvvələrlə əlbir olub erməni lobbisinə təsir etmək istəmirlər”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev Milli Məclisdə siyasi partiyaların Şuşa səfərindən danışarkən deyib.

O, bildirib ki, Şuşaya səfər etməkdən imtina edənlər müxalifət deyil, onlar qarayaxma, təhqirlə məşğul olanlardır.

“Bizdə müxalifətik, siyasi kursumuz var. Bu qüvvələr isə dövlətçiliyə qarşı vuruşurlar, ermənilərə qarşı deyillər. Dövlətə qarşı qarayaxmalarla məşğuldular”.

Qeyd edək ki, siyasi partiyaların bəziləri Şuşa səfərindən imtina ediblər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …