Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək

Şuşada “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçiriləcək

“Şuşa ili”nin ilk böyük tədbiri “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçiriləcəyi tarix dəqiqləşib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalın 12-14 may tarixində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə baş tutacaq.

İyul ayında Şuşada növbəti Vaqif Poeziya Günlərinin, iyul-avqust aylarında “Muğam” Televiziya Müsabiqəsinin final mərhələsinin və qaliblərin qala-konsertinin keçirilməsi planlaşdırılır. Həmçinin il ərzində “Şuşa – 2022” beynəlxalq incəsənət, “Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivallarının və s. keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il mayın 12-i və 13-də Şuşa işğalından azad olunandan sonra ilk dəfə “Xarıbülbül” festivalı keçirilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …