Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Şuşa və Ağdama avtobus biletlərini necə əldə etmək olar?

Şuşa və Ağdama avtobus biletlərini necə əldə etmək olar?

Bakıdan Şuşa və Ağdama avtobus biletlər yalnız yolumuzqarabaga.az portalı üzərindən satılacaq və hər kəs ildə bir dəfə səfər edə biləcək. Virtualaz.org xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev bildirib.

“Bütün şəxslərə ildə yalnız 1 dəfə səfər etmək icazə verilir. Sərnişinlər fərdi qəza sığortası ilə təmin edilir. Müəyyən imtiyazlı şəxslərə ildə bir dəfə bu istiqamətlər üzrə pulsuz bilet almaq imkanı yaradılıb. Bu kateqoriyaya Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailəsinin üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir”.

O qeyd edib ki, onlayn bilet satışı xidməti işğaldan azad olunmuş ərazilərə giriş icazəsi sisteminə, həmçinin “COVID-19” virusuna yoluxma risklərinin minimuma endirilməsi üçün müvafiq informasiya sistemlərinə inteqrasiya olunub.

“Həmçinin, hərəkət təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə marşrutun hərəkət sxemi və dayanacaq yerləri müəyyən olunub. Yeni marşrutlar üzrə sərnişindaşımanı həyata keçirəcək sürücülər mina təhlükəsizliyinə dair təlimlərə cəlb edilib və onlara əsas təhlükəsizlik qaydalarına dair təlimat kitabçaları təqdim olunub. Sərnişinlərin məlumatlandırılması və təlimatlandırılması üçün avtobuslarda mina təhlükəsizliyi ilə bağlı videoçarxlar nümayiş etdiriləcək. Həmçinin hər bir oturacağın üzərinə mina təhlükəsizliyi ilə bağlı təlimat broşürü yerləşdiriləcək. Avtobuslar ilkin tibbi yardım çantaları ilə təchiz edilib”, – Rzayev bildirib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …