Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Sistemdən sonra ölən uşaqla bağlı – Rəsmi açıqlama

Sistemdən sonra ölən uşaqla bağlı – Rəsmi açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Balakən sakini 10 yaşlı Turan Mahatovun ölümüylə bağlı açıqlama yayıb.

TƏBİB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, 11 yanvar 2020-ci il tarixində saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib. Xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …