Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Serj Sarkisyanın qardaşı həbs olundu – VİDEO

Serj Sarkisyanın qardaşı həbs olundu – VİDEO

Polis Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyanın qardaşını saxlayıb.

Virtualaz.org “Sputnik”ə istinadən xəbər verir ki, Aleksandr Sarkisyan iyunun 25-də Yerevanda saxlanılıb.

“Polis tərəfindən xüsusi tədbirlər Sayat-Nova küçəsində aparılıb. Əlavə məlumat veriləcək”, – Ermənistan polisinin ictimaiyyətlə əlaqələr və informasiya idarəsinin rəisi Aşot Aqaronyan deyib.

Dəqiqləşdirməyə görə, Aleksandr Sarkisyan polis şöbəsinə qanunsuz silah gəzdirməkdə şübhəli qismində gətirilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …