Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Səməd İslamov Prezident sərəncamı olmadan özünü başçı “təyin edib” – Yasamalda NONSENS

Səməd İslamov Prezident sərəncamı olmadan özünü başçı “təyin edib” – Yasamalda NONSENS

Yasamal rayon İcra Hakimiyyətində olduqca maraqlı və təhlükəli vəziyyət yaranıb. Editor.az xəbər verir ki, İcra Hakimiyyəti başçısının I müavini Səməd İslamov 5 oktyabr Müəllimlər Günü ilə bağlı məktəb direktorlarına verdiyi fəxri fərmanlarda özünü rayonun icra başçısı kimi təqdim edib.

Halbuki, Yasamal rayon İcra Hakimiyyətinə yeni icra başçısının təyinatı Prezidentin səlahiyyətində olan məsələdir və bununla bağlı hər hansı sərəncam verilməyib.

Belə bu durumda isə olduqca qəribə vəziyyət yaranır… Görünür, hörmətli Səməd İslamovun icra başçısı olmaq arzusu ona o qədər güc gəlib ki, hətta Prezident sərəncamı olmadan belə özünə yeni “təyinat edib”….

Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Prezident İlham Əliyevin 1 iyul 2017-ci il tarixli sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Editor.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …