Ana səhifə / Aktual / Rüstəm Əfsərli hücuma məruz qaldı – Video

Rüstəm Əfsərli hücuma məruz qaldı – Video

“CBC Sport”un tanınmış şərhçisi, eyni zamanda ATV-də “Yol əhvəlatı” verilişinin aparıcısı Rüstəm Əfsərli Mərakeşdə çəkiliş vaxtı  hücuma məruz qalıb. “Yol əhvəlatı” verilişinin çəkilişi zamanı motosikletlə hərəkət edən şəxs Əfsərlinin çantasını oğurlayaraq hadisə yerindən qaçıb.

“Qafqazinfo”ya açıqlama verən R.Əfsərli çantasının içində 15 gün əvvəl aldığı, dəyəri 1700 manat olan telefon, eynək, pasport və 300 avro olduğunu bildirib. Onun sözlərinə görə, çantanı oğurlayan şəxs tapılmayıb.

R.Əfsərli Mərakeşdə pasportu əvəzləyən sənəd alıb Bakıya qayıtdıqdan sonra yeni pasport əldə edib.

Həmin anın videosunu təqdim edirik:

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …