Rusiyanın erməni soyadı olan vətəndaşları Azərbaycana gələ bilərlər, lakin onlar əvvəlcədən heç olmasa bizim səfirliyimizə məlumat versinlər.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycanın Rusiya ilə vizasız girişi var, lakin əvvəlcədən alınan məlumatlar mövcud münaqişə ilə bağlı (Qarabağ münaqişəsi-red) Azərbaycandakı emosional fon nəzərə alınmaqla, bizə hər hansı bir həddin qarşısını almağa imkan verəcək.
“Biz həmişə Rusiya tərəfi ilə bu mövzuda kifayət qədər açıq danışırıq”, – deyə nazir əlavə edib.
Ana səhifə / Aktual / “Rusiyanın erməni soyadlı vətəndaşları Azərbaycana gələ bilər, lakin…” – Məmmədyarov
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …