Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rasim Məmmədov özünə zirehli maşın aldı – 1 milyon dollara (FOTO)

Rasim Məmmədov özünə zirehli maşın aldı – 1 milyon dollara (FOTO)

“Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov özünə 1 milyon dollar dəyərində avtomobil alıb.
Unikal.org-un əldə etdi məlumata görə, bahalı avtomobil kolleksiyası olan Rasim Məmmədov qiyməti 1,2 milyon dollar olan “Mercedes G63 AMC İNCAS” maşını gətizdirib. Bu maşının bir özəlliyi də ondan ibarətdir ki, onun zirehli avtomobillər kateqoriyasına aid olmasındadır. “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri avtomobilinə 10-AH-784 dövlət qeydiyyat nişanını sifariş edib. Bu nömrə də xüsusi məna kəsb edir. Belə ki, iş adamının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-dür.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …