Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rafael Cəbrayılova cinayət işi açılacaq? – Baş prokurordan açıqlama

Rafael Cəbrayılova cinayət işi açılacaq? – Baş prokurordan açıqlama

Baş Prokuror Zakir Qaralov mandatından imtina edən keçmiş deputat Rəfael Cəbrayılovun bir neçə nəfərdən pul alıb qaytarmaması ilə bağlı danışıb.

Azinforum.az xəbər verir ki, Z.Qaralov bildirib ki, Mərkəzi Seçkin Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq: “Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər. İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə zamanı əgər digər cinayətləri müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmalara başlayacağıq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …