Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rəsmi Moskvadan sərhəddəki vəziyyətlə bağlı – Açıqlama

Rəsmi Moskvadan sərhəddəki vəziyyətlə bağlı – Açıqlama

“Rusiya Bakı və İrəvanla daim təmasdadır. Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi aradan qaldırmaq üçün səylər göstərilir və Prezident Putin üçtərəfli razılaşmaların həyata keçirilməsinə alternativlərin olmamasının tərəfdarıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bilirsiniz ki, Rusiya və Ermənistan tərəfləri davamlı təmasdadır, Bakı ilə daim əlaqə saxlayırıq. Prezident üçtərəfli razılaşmaların alternativsiz həyata keçirilməsinin qəti tərəfdarıdır. İndi gərginliyi azaltmaq və vəziyyəti düzəltmək üçün güclü səylər göstərilir”,- deyə Peskov qeyd edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …