Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rəşadət Babayev sonuncu vəzifəsini də itirdi – Nazirdən yeni təyinat

Rəşadət Babayev sonuncu vəzifəsini də itirdi – Nazirdən yeni təyinat

Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.

” Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.

“Qafqazinfo” xatırladır ki, Rəşadət Babayev Alay komandiri ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində rəis müavini idi. O, bu vəzifəni ötən ilin oktyabrında itirib. Həmin vaxt onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …