Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Qalmaqallı direktor işdən çıxarıldı

Qalmaqallı direktor işdən çıxarıldı

Xaçmaz rayonu, Arzu qəsəbə tam orta məktəbinin direktoru, 1955-ci il təvəllüdlü Gülməz Alxasov vəzifəsindən müvəqqəti kənarlaşdırılıb.

Azinforum.az  xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Xaçmaz rayon təhsil şöbəsinin məsləhətçisi Ağamirzə Əzimov bildirib.

O deyib ki, hazırda direktorun vəzifəsini direktor müavini icra edir.

Məktəb direktoru yeniyetmə şagirdə qarşı seksual hərəkətlər etməkdə günahlandırılır.

Xaçmaz rayon Prokurorluğundan bildirilib ki, faktla bağlı araşdırmalar davam etdirilir. Məktəb direktorunun məsələ ilə bağlı izahat alınması üçün prokurorluğa çağırılıb.

Qeyd edək ki, həmin şəxsin 12 yaşlı qız şagirdə qarşı əxlaqsızlıq etdiyi iddia olunur.

Həmçinin oxuyun

Malik Vəliyevin işdən çıxardığı şəxs məhkəmədən kömək istəyir – TƏFƏRRÜAT

Hərracların Təşkili Mərkəzinin işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.İqtisadiyyat.az xəbər verir ki, Babayev Nazim Pərəcan oğlu …