Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Rafiq Hüseynovun vida və dəfn mərasimi təxirə salınıb

Rafiq Hüseynovun vida və dəfn mərasimi təxirə salınıb

Xalq artisti, məşhur diktor Rafiq Hüseynovun sabaha planlaşdırılan vida və dəfn mərasimi təxirə salınıb. Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

O bildirib ki, xalq artistinin cənazəsinin Bakıya gətirilməsində texniki problemlər yaranıb: “Mənə məlumat verdilər ki, Almaniyada sənədləşdirmə işlərində problem yaranıb. Cənazə sabah Bakı vaxtı ilə 17:00-da Bakıya göndəriləcək”.

Həyat yoldaşı əlavə edib ki, xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

*   *   *13:43

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə APA-ya Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

Onun sözlərinə görə, xalq artisti ilə vida mərasimi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Vida mərasimi saat 10:00-dan 12:00-dək davam edəcək.

Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.

Qeyd edək ki, Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində dünyasını dəyişib. O, xərçəngdən əziyyət çəkirdi.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …