Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “Prezidentin işdən çıxarması mənim üçün şərəfdir” – Raqub Məmmədov

“Prezidentin işdən çıxarması mənim üçün şərəfdir” – Raqub Məmmədov

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev imzaladığı sərəncamla Ağdam rayonunun icra başçısı Raqub Allahverdi oğlu Məmmədovu vəzifəsindən azad edib.

Azinforum.az  xəbər verir ki, yenicag.az-a açıqlama verən Məmmədov işdən çıxarılmasına münasibət bildirib:

“Allah prezidentimizin canını sağ eləsin. Allah İlham Əliyevi xalqımızın başının üzərindən əskik etməsin. Sərəncamla gəlib işlədim. Ləyaqətlə çalışdım, camaata xidmət etdim, rayonumuzda böyük işlər gördüm. Bu gün də ölkə prezidentinin sərəncamı ilə işdən çıxarılmışam. Mənim üçün bu şərəfdir. Əslində, qeyri-adi heç nə yoxdur. Bundan sonra da nə qədər ömrüm var, Azərbaycan xalqı üçün çalışacağam. Lazım gələrsə, bir zabit kimi silah götürüb döyüşə də getməyə hazıram. Yeni təyinat olarsa, canla-başla çalışaram”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …