Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Paytaxtda yeni velosiped yolları çəkildi

Paytaxtda yeni velosiped yolları çəkildi

Son vaxtlar Bakı şəhərində velosiped nəqliyyatının təşviqi, bununla bağlı infrastrukturun qurulması istiamətində tədbirlər həyata keçirilir. Agentlik tərəfindən mütəmadi olaraq velosiped nəqliyyatının inkişafına dair strategiya hazırlanaraq icra olunmaqdadır. Strategiyaya əsasən velosiped infrastrukturunun qurulması şəhər mərkəzi və ətraf əraziləri əhatə edəcəkdir ki, bu da gələcəkdə velosiped yol şəbəkəsini formalaşdıracaq.

Ümumilikdə, velosiped infrastrukturunun iki istiqamətdə qurulması nəzərdə tutulub: 1)yol infrastrukturunun imkan verdiyi ərazilərdə təhlükəsizlik nəzərə alınmaqla və daha az vaxt sərf edilməklə müvafiq nişan və üfüqi nişanlama xətləri vasitəsilə; 2) digər ərazilərdə isə tikinti-quraşdrıma işləri aparılmaqla. Şəhərin əsasən mərkəzi hissəsini əhatə edən 7.5 km uzunluğunda velosiped yolu məhz tikinti-quraşdırma işlərini tələb edir. Layihə aidiyyəti qurumlarla razılaşdırılıb və icra ediləcək.

İnfrastrukturun imkan verdiyi ərazilərdə isə artıq strategiyada nəzərdə tutulan velosiped şəbəkəsinin ilk fazası icra edilib. Söhbət Bilgəh Kardioloji Sanatoriyasını və digər müalicə-istirahət mərkəzlərini bir-biri ilə əlaqələndirən velosiped yolundan gedir. Yay mövsümündə şəhər əhalisinin daha çox bu məkanlara üz tutduğunu nəzərə alsaq işlərə məhz bu ərazilərdən başlanılmasına qərar verilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …