Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Onlara görə hamı Azərbaycandan danışır – Fotolar

Onlara görə hamı Azərbaycandan danışır – Fotolar

Şahmatçımız Teymur Rəcəbovun Dünya Kubokunda uğurlu çıxışı ölkəmizdə ilin idman hadisələri sırasına düşən uğur idi. “Qafqazinfo” xəbər verir ki, Mariya Stadnikin dünya çempionu olmasından sonra qrossmeysterimizin çıxışı önəmli hadisədir. 

 Maraqlıdır ki, dünya kuboku Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/8 finalda üz-üzə gəlməsinə qədər heç kimin diqqətini çəkmirdi. Azərbaycan tarixinin ən uğurlu şahmatçılarından ikisinin mötəbər turnirdə qarşılaşmasından sonra diqqətlər Rusiyanın Xantı-Mansiysk şəhərinə yönəldi.

Şəhriyarın son illərdə Teymura nisbətən uğurlu çıxışı, Rəcəbovun isə “heç-heçələr şahmatçısı” kimi tanınması Məmmədyarovun favorit kimi görülməsinə gətirib çıxarmışdı. Hər kəs Şəhriyarın artıq ¼ finalda olduğuna inanırdı.

Aralarında keçirilən iki görüşdə qalib müəyyənləşmədi. İlk tay-brekdə də heç kim üstünlük qazana bilmədi. Sonuncu tay-breki isə Rəcəbov qazanaraq gözlənilməzi reallaşdırdı.

Rəcəbov Şəhriyarı udmaqla qalmadı ¼ finalda ABŞ şahmatçısı Ceffri Şonqu məğlub edərək yarımfinala adladı.

Həlledici görüşdə iştirak etmək üçün isə Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşan Teymur iki görüşün nəticəsinə görə ona da qalib gəldi.

Qrossmeysterimizin həlledici görüşdəki rəqibi isə çinli Dinq Liren olacaq. Təbii ki, görüşün favoriti asiyalı hesab olunur. Lakin sürprizə imza ataraq finala qədər  irəliləyən Teymurdan daha bir sürpriz gözləməyə dəyər.

Teymurun bu uğuru ölkəmiz üçün daha bir tarixin yazılmasına gətirib çıxardı. Şəhriyar Məmmədyarovun FİDE reytinqində ilk “10-luq”da olduğu onsuz da hər kəsə bəlli idi. Artıq onunla birlikdə Teymur Rəcəbov da 10 ən güclü arasında yer alır.

Azərbaycanla birlikdə yalnız ABŞ “10-luq” siyahısında 2 şahmatçı ilə təmsil olunur. Fabiano Karuana və Uelsey So reytinqi ən yüksək qrossmeysterlər arasındadır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …