Ana səhifə / Aktual / Nəqliyyat müfəttişləri sürücünü yerə yıxdılar, vətəndaşın telefonunu sındırdılar

Nəqliyyat müfəttişləri sürücünü yerə yıxdılar, vətəndaşın telefonunu sındırdılar

İnterAz-a daxil olan görüntülərdə məlum olur ki, Nəqliyyat Departamentinin işçiləri “20 yanvar” metrosu yaxınlığında 85BX774 nömrələri ford marşrutun qarşısını kəsib və sürücünü zorla aşağı düşürüblər.
Bu zaman sürücünün halı pisləşib və yerə yıxılıb.
Ətrafdakı vətəndaşlar buna öz narazılığını bildirib. Bu azmış kimi Nəqliyyat müfəttişləri görüntüləri lentə alan vətəndaşlara qarşı kobud rəftar edərək əllərindəki mobil telefonları alıb görüntüləri silməsini tələb ediblər. Vətəndaşlar bir neçə mobil telefonun sındırıldığını da bildirib.
Hadisənin görüntülərini sizlərə təqdim edirik:

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …

Bir cavab yazın