Ana səhifə / Aktual / Məzahir Pənahovun maaşı 1020, müavininin maaşı 950 manat artıb – TAM SİYAHI

Məzahir Pənahovun maaşı 1020, müavininin maaşı 950 manat artıb – TAM SİYAHI

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi bərədə sərəncamı ilə Mərkəzi Seçki Komisisyasının (MSK) sədrinin, müavininin, MSK katiblərinin, üzvlərinin maaşı 50 faiz artıb.

“Report” xəbər verir ki, MSK sədri Məzahir Pənahovun maaşı (2 040) 1 020 manat artırılaraq 3 060, müavininin maaşı (1 895) 950 manat artırılaraq 2 845, MSK katibləri Arifə Muxtarovanın, Mikayıl Rəhimovun maaşı (1 405) 705 manat artırılaraq 2 110, üzvlərin – Fuad Cavadovun, Şaitdin Əliyevin, Ramiz İbrahimovun, Validə Kazımovanın, Hüseyn Paşayevin İlham Məmmədovun, Nizami Nadirxanlının, Qabil Orucovun, Bəxşeyiş Əsgərovun, Tofiq Həsənovun, Almas Qəhrəmanlının, Etibar Quliyevin, İlkin Şahbazovun maaşı (1 280) 640 manat artırılaraq 1 920 manata çatdırılıb.

Sərəncam 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …