Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Mitinqə icazə verilmədi – Generalın müraciəti əsasında

Mitinqə icazə verilmədi – Generalın müraciəti əsasında

Milli Şuranın 26 yanvarda keçirmək istədiyi mitinqinə icazə verilməyib.

“Qafqazinfo”nun verdiyi məlumata görə, mitinqin təşkilat komitəsinin üzvü İbrahim İbrahimli bir qədər əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin cavabını meriyadan götürüb. BŞİH mitinqin keçirilməsinin məqsədəuyğun olmadığını qeyd edib.

Əldə etdiyimiz məlumata görə, bir neçə gün öncə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidov BŞİH-ə müraciət edərək təhlükəsizlik təbdirləri ilə bağlı mitinqin keçirilməsinə razılıq verilməməsi barədə vəsatət verib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …