Cümə axşamı , May 9 2024
Ana səhifə / Milli Dram Teatrının aktyorlarının 30-40%-nin ali savadı yoxdur

Milli Dram Teatrının aktyorlarının 30-40%-nin ali savadı yoxdur

Azərbaycan xalq artisti Ramiz Novruz “Report”a verdiyi müsahibədə bildirib ki, hazırda Azərbaycan Akademik Milli Dram Teatrında çalışan aktyorların 30-40%-nin ali savadı yoxdur.

Azinforum.az  mənbəyə istinadən xəbər verir ki, xalq artisti bununla bağlı deyib: “Bunlardan qabiliyyətliləri var. Məsələn, Rafael Dadaşovu teatra vaxtilə Don Juan obrazı üçün gətiriblər, ancaq sonradan aktyorluğu bitirib. Yaxud da Sənubər İsgəndərli. Lakin Akademik Milli Dram Teatrının kollektivinin 30-40 faizi kolleclərin məzunu ola bilməz. Bu say yalnız 2-3 nəfər ola bilər. Bu da onların aktyor sənəti, müəllimi üzü görməmələri deməkdir”.

Ramiz Novruz mövzu ilə bağlı sözlərini belə davam etdirib: “Bura ölkənin bir nömrəli teatrıdır və ölkənin istedadlı aktyor və aktrisalarını tapıb üzə çıxarmaq borcudur. Ancaq siz təsəvvür edin teatrın kollektivinin 30-40 faizi kollecləri bitirmiş aktyorlardır, ya da hansısa teatrdan işdən çıxıb gəlib bura düzəlib. Əslində, buraya düşmək fantastik bir şey olmalıdır. Sonra tamaşaçı tamaşadan gileylənir. Belə də olmalıdır, çünki bu aktyorun məktəbi yoxdur”.

Həmçinin oxuyun

Dönərdən zəhərlənən şəxsin yaxını: “Beş manata görə hər şeyi edirlər” – VİDEO

Zaqatalada dönərdən zəhərlənən şəxslərin yaxınları Baku TV-yə danışıblar. Onlardan birinin babası Bahəddin Əliyev bildirib ki, …

Bir cavab yazın