Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Mehriban Əliyeva: “Onlar işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər”

Mehriban Əliyeva: “Onlar işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər”

Birinci vitse-prezident Mehriban Əliyeva 27 sentyabr Anım Günü ilə bağlı “Instagram” səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Müharibə günlərində həlak olmuş günahsız vətəndaşlarımızın xatirəsini yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …