Ana səhifə / Mahsun Kırmızıgül Mənsinovunqızının toyunda – 10 il sonra ilk dəfə (VİDEO)

Mahsun Kırmızıgül Mənsinovunqızının toyunda – 10 il sonra ilk dəfə (VİDEO)

Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül azərbaycanlı iş adamı Mübariz Mənsinovun qardaşı Mais Mənsimovun qızının toyunda oxuyub.

Toy Türkiyədə Çırağan Sarayında baş tutub.

Sonuncu filmi uğursuz alınan Mahsun Kırmızıgül 10 ildən sonra yenidən səhnəyə qayıdıb. 10 il bundan əvvəl səhnəni tərk edərək fəaliyyətini kino sektorunda davam etdirən Mahsun Kırmızıgül sonuncu filmindən təqribən 10 milyon lirə ziyana düşüb.

Qeyd edək ki, Mais Mənsimovun qızı Zümrüd Azərbaycanın tanınmış iş adamlarından olan, Zülfüqarlı qardaşlarından biri, “Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub. Toya dəvət olunanların arasında Azərbaycandan və Türkiyədən məşhurlar olub.

Mərasimdə Murad Boz, Hadisə və bir sıra məşhur ulduzlar çıxış edib.

Missiya.az

Həmçinin oxuyun

Azərbaycanla bağlı sanksiya siyahısında 44 məmurun adı var

Hələlik yeni 3 nəfərin kimliyi məlum deyil Azərbaycanın dövlət məmurlarına qarşı sanksiyalar haqqında qanun layihəsi …

Bir cavab yazın