Ana səhifə / İqtisadiyyat / Suriya məsələsinin dördmərhələli həll planı: ABŞ-Rusiya razılaşmasının şok detalları

Suriya məsələsinin dördmərhələli həll planı: ABŞ-Rusiya razılaşmasının şok detalları

İngiltərənin Xarici İşlər naziri Boris Consonun dünən ölkə parlamentinin Avamlar kamerasında çıxışı zamanı Rusiyaya çağırış etdiyi barədə xəbər vermişdik. Xəbərdə vurğulamışdıq ki, nazir çağırışında Rusiyanın Suriyada milli maraqları olduğunu, amma bu maraqların Əsədi dəstəkləməkdən üstün tutulmasının vacibliyini vurğulamaqla əslində Moskvanı Əsədsiz Suriya məsələsində sövdələşməyə çağırıb. Adının çəkilməsini istəməyən bir ABŞ yetkilisinin Rusiyanın “İnterfaks” xəbər agentliyinə verdiyi məlumatlar da bu fikri təsdiqləyir.
Ovqat.com-un bildirdiyinə görə, ABŞ rəsmisi açıqlamasında Ağ evin Suriyayla bağlı dördmərhələli həll planı üzərində düşündüyünü bildirib.
Bildirilir ki, ABŞ ilk mərhələdə Suriyanın İŞİD-dən təmizlənməsi planlaşdırılır. Bu məqsədlə Vaşinqton Suriyaya hərbi qüvvə göndərmək istəyir. Amma bir şərtlə: bu hərbi qüvvələrdən Bəşər Əsədə qarşı istifadə olunmayacaq.
İkinci mərhələ isə Suriyada sabitliyin təmin edilməsi naminə, Vaşinqton, hökumət, üsyançı və müxalif qrupların öz aralarında atəşkəs razılaşması imzalamalarına çalışacaq. Bu mərhələdə “müvəqqəti tampon bölgə yaradılması” mövzusu da gündəmə gətiriləcək və Suriya rəsmiləri də təhlükəsiz bölgənin formalaşdırılmasında iştirak edəcək. Dəməşqin zəmanətilə Amerika və müttəfiqlərin döyüş təyyarələrinin bu bölgədə Suriya hava qüvvələrinin müdaxiləsi olmadan rahatlıqla uça bilmələri də planın ikinci mərhələsinin əsas tələblərindəndir.
İkinci mərhələdə Amerikanın başlıca məqsədlərindən biri də yerli idarəçilərin iş başına gətirilməsidir. Sünnilərin məskunlaşdığı bölgələrinə sünnilər, kürdlərin məskunlaşma bölgələrində isə kürdlər nəzarət edəcəklər. Bu dövrdə qurulan Suriya hökuməti də müvəqqəti xarakter daçıyacaq.
Planın üçüncü mərhələsi isə keçid dövrünü əhatə edir. Amerikanın planına görə, Bəşər Əsəd könüllü olaraq vəzifəsini buraxacaq, əks təqdirdə o, ya seçki proseslərindən uzaq tutulacaq, ya da hərbi cinayət törətməkdə günahlandırılıb həbs ediləcək.
Vaşinqton vəzifəsindən uzaqlaşdırılan Əsədin təhülkəsizliyini təminat altına alınmasını da düşünüb: o, ya İrana, ya da Rusiyaya sığına bilər. Amma Ağ Ev Bəşər Əsədin devrilməsini və ya düşmənləri tərəfindən öldürülməsinin mümkünlüyünə və effektivliyinə inanmır.
Planın dördüncü mərhələsi isə keçid dövrü sonrasını əhatə edir. Bu mərhələdə Rusiyanın Suriyadakı hərbi varlığını davam etdirməsi nəzərdə tutulur. Amerika Rusiya ilə aralarında olan ixtilaflara baxmayaraq, bu ölkə ilə əməkdaşlığın alınacağına inanır. Onun fikrincə, Suriyada müharibənin dayanması naminə bu əməkdaşlıq vacibdir və bunun səbəbi Rusiyanın Suriyadakı təsir gücüylə bağlıdır.
Amerika bu planın həyata keçirilməsində Rusiyanı əməkdaşlığa cəlb etmək üçün Moskvaya iki hərbi bazada qalmağı təklifi edir-Tartusdakı dəniz və “Hmeymim”dəki hava bazasında.
Məlumatda o da vurğulanır ki, Amerika xarici işlər naziri Reks Tillersonun Moskvaya son səfərində də Lavrovla bu məsələ müzakirə olunmuş və Əsədin könüllü vəzifədən getməsi variantı üzərində durulmuşdu. Kremlin sözçüsü Dmitri Peskov da Tillersonun Moskvaya ziyarətində bəhs edilən bu planın gündəmə gəldiyini və Rusiya prezidenti Vladimir Putinə çatdırıldığını etiraf edib.
Qeyd edək ki, Tillersonun Moskva səfəri zamanı yazdığımız analizdə tərəflərin “Əsədsiz Suriya” məsələsində razılaşdıqlarını Ovqat.com da təxmin etmişdi.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın