Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Məmmədyarovla erməni jurnalistin maraqlı dialoqu – Video

Məmmədyarovla erməni jurnalistin maraqlı dialoqu – Video

Xarici işlər naziri Elmar Məmmədyarovun Brüsseldən Moskvaya uçan təyyarədə Ermənistandan olan jurnalistlə Qarabağ münaqişəsi mövzusunda apardığı müzakirənin görüntüləri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, nazir xarici jurnalistlərdən birinin sualını cavablandırarkən erməni jurnalist aqressiv münasibət sərgiləyərək Azərbaycanı işğalçılıqda və sülhü pozmaqda ittiham edib.

Elmar Məmmədyarov isə “Mənim ölkəmin ərazisi erməni əsgərlər tərəfindən işğal olunub. Siz mənə deyin: Xidmətdə olan Ermənistan vətəndaşı Azərbaycan ərazisində nə edir?!” deyə sual edib.

Azərbaycanlı rəsmi qarşı tərəfdən “Qarabağ” sözünün mənasını soruşub. Nazir sualı cavablandıra bilməyən jurnalistə bildirib ki, Qarabağ “qara saat” deməkdir. 

Məmmədyarov jurnalistə heç bir siyasi məsələdə bu qədər emosional çıxış etməməyi məsləhət görüb.

Daha sonra stüardessa söhbətin davamına imkan verməyib.

Qeyd edək ki, E. Məmmədyarov aprelin 4-də Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak edib. O, bu gün Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının toplantısına qatılacaq.


Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …