Azinforum.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi məlumat yayıb.

Məqalədə Azərbaycanın 1991-ci ildə müstəqilliyini əldə etməsi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Şərqi Avropa və Mərkəzi Asiyanın ən inkişaf etmiş ölkələrdən birinə çevrilməsi qeyd edilib.

Məqalədə Azərbaycanın ərəb və Şərqi Avropa ölkələrindən fərqi vurğulanır.

“Azərbaycan fərqlidir və möhtəşəmdir. Azərbaycan 27 il bundan öncə öz müstəqilliyini əldə etməsinə baxmayaraq, qısa müddət ərzində ən inkişaf etmiş ölkələrdən birinə çevrilib, ölkədə sabitlik və milli birliyə nail olunub. Azərbaycan ildən-ilə daha da inkişaf edir”, – deyə müəllif qeyd edib.

Qeyd edək ki, Omar Əl-Həbib 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” yazı müsabiqəsinin qalibi olub.