Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi

Kəmaləddin Heydərov məşhur generalı vəzifəsindən azad etdi

Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.

Bu haqda xəbəri Manset.az saytı yayıb.

Xəbərdə bildirilir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi general-leytenant Şahmar Paşayev tutduğu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə FHN-in Bakı Regional İdarəsinin rəisi general-mayor Etibar İsmayılov təyin edilib. FHN-in Bakı Regional İdarəsinin rəisi vəzifəsinə isə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general Məhərrəm Həsənov təyin olunub.

Sayt yazır ki, Şahmar Paşayevin vəzifəsindən azad olunması ilə bağlı bir neçə gün əvvəl xəbər yayılmışdı, lakin elə həmin gün imzalanan əmr dəyişdirilmişdi.

Şahmar Paşayevin vəzifəsindən azad olunması ilə bağlı məsələni FHN-nin İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşı Azər Sarıyev təsdiq edib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …