Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR

İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub. İsmayıllının Talıstan kəndində keçirilən “Kartof festivalı”nda iştirak edən Bəxtira Mayilova, Natavan Nəcəfova, Yeganə Məmmədova, Aytac Rəcəbova, Amil Quliyev, Əlibaba Quliyev, Cavad Allahverdiyev adlı şəxslərin halı qəflətən  pisləşib.

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmə ehtimalı olan həmin 7 nəfər  İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar:

“Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …