Ana səhifə / Aktual / İsa Qəmbər tibbi personalla şəklini paylaşdı

İsa Qəmbər tibbi personalla şəklini paylaşdı

Xəbər verildiyi kimi, parlamentin keşmiş sədri, Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər bu gün xəstəxanadan evə buraxılıb.

İsa Qəmbər klinikadan ayrılarkən onu müalicə edən tibbi personalla şəkilçədirib və sosial şəbəkədəki səhifəsində paylaşıb.

Onun paylaşdığı şəkil aşağıdakı sətirlərlə müşayiət olunub:

“Mərkəzi Klinikadan ayrıldıq. Firdövsi həkim başda olmaqla peşəkar, qayğıkeş həkim heyəti və bütün personala təşəkkürlər!

Statusuna P.S. yazan İsa Qəmbər həmişəki kimi zarafatından da qalmayıb: “Aida xanım bu gözəl xanımlarla foto çəkdirməyimə icazə verdi”.

Qeyd edəki, İsa Qəmbər ötən həftənin şənbə günü səhhətində yaranan rahatsızlıqla əlaqədar Mərkəzi Kiinikaya yerləşdirilmişdi. Həkimlər hazırda onun həyati təhlükəni geridə qoyduğunu bildirirlər.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …