Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / “İndi neyləyim, gedib obyektimi yandırım?” – Ekspertdən nazirliyə suallar

“İndi neyləyim, gedib obyektimi yandırım?” – Ekspertdən nazirliyə suallar

“Təhsil Nazirliyi yaratdığım liseyin nizamnaməsinə verməli olduğu rəyi 4 cü dəfə də vermədi”.


Mia.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov sosial şəbəkədəki hesabında yazıb.
Onun sözlərinə görə, bu dəfə nazirlik müraciətinə yenə 3 bənd əlavə edib ki, get, bunları düzəlt gəl:
“Bunun üç adı var: 
1. Savadsızlıq 2. Şəxsi qərəz 3. Öz bizneslərinə başqasının daxil olmasına mane olmaq.

Deməli, bunlara 1 nizamnamə təqdim etmişəm. Onlar da o nizamnaməyə ümumilikdə baxıb bir rəy verməlidir ki, onları düzəldib təqdim edim. Amma bunlar mən hər dəfə onların qeyd etdiyini düzəldirəm, onlar da yenidən bir şey yazıb geri qaytarır. Bu harda görülüb?
Gör nə qədər savadsızdırlar ki, bir işə hər dəfə yeni rəy verirlər. 
Siz 1 dəfə ümumi bütün bəndlərə baxmalısız, bütün qeydləri yazmalısız, məndə düzəldib verməliyəm. Yoxsa başınız qonaqlığa elə qarışıb ki, sona qədər baxa bilmirsiz?”.

Ekspert yazır ki, o, oktyabr ayında nizamnaməni təqdim edib, noyabr ayında qanuna dəyişikliklər olunub: “Axı qanunun geriyə qüvvəsi yoxdur. Var e, o da insanlara müsbət təsir göstərəcəksə. Yoxsa, mən təqdim edəndən sonra dəyişikliklər edilib deyə imtina edilə bilməz. 
Prezident həmişə, dünən də deyir ki, sahibkarın yanındadır. Amma Təhsil nazirliyi ölkə prezidentinə qarşı çıxır. İmkan vermirlər ki, sahibkarlar işləsin. Hər dəfə eyni şeyə 30 iş günü deyib 6 aydır ki, vaxt uzadırlar.
Nə edək? İndi gedib obyekti yandıraq ki, prezident nəzarətə götürsün?”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …