Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / İcra başçısının qardaşı vəfat edib – “Anju” olunanda beyninə qan sızıb

İcra başçısının qardaşı vəfat edib – “Anju” olunanda beyninə qan sızıb

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevə ağır itki üz verib.

Publika.az xəbər verir ki, icra başçısının qardaşı Nizami Məhərrəmov qəfil vəfat edib. Bildirilir ki, Mahir Quliyevin qardaşı son vaxtlar ürəyindən şikayətlənirmiş. Bir neçə gün əvvəl həkim müayinəsindən keçən Nizami Məhərrəmovun əməliyyat edilməli olduğu bildirilib. Bakıdakı klinikalardan birində ürəyindən şuntlama – “anju” əməliyyatı keçirilən icra başçısınının qardaşının halı qəfil daha da pisləşib. Məlum olub ki, cərrahi əməliyyat prosesi zamanı N.Məhərrəmovun beyninə qan sızıb. O, xəstəxanadaca keçinib.

Allah rəhmət eləsin!

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …