Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / İcra başçısı birinci müavin və baş memarı işdən çıxardı

İcra başçısı birinci müavin və baş memarı işdən çıxardı

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənov və Baş memar Rüstəm Mehdiyev vəzifədən azad ediliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə icra başçısı Məhərrəm Quliyev əmr imzalayıb.

Hər iki vəzifəyə hələlik təyinat yoxdur.

Qeyd edək ki, C.Həsənov karyerası ərzində Goranboy Rayon İcra Hakimiyyətində ikinci dəfə idi ki, birinci müavin postunu tuturdu.

Hazırda həbsdə olan Nizaməddin Quliyev Goranboy rayonuna icra başçısı təyin edilən zaman -2009-cu ildə eks birinci müavini vəzifədən  azad etmişdi.

Ceyhun Həsənov ikinci dəfə 2019-cu ilin iyununda birinci müavin vəzifəsinə təyin olunmuşdu.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …