Çərşənbə , May 8 2024
Ana səhifə / Aktual / Həkim doğuş zamanı ölən ana barədə: “Çırpınırdı, hər şey elədik, amma olmadı”

Həkim doğuş zamanı ölən ana barədə: “Çırpınırdı, hər şey elədik, amma olmadı”

Sabirabadda ana ölümü qeydə alınıb.
“ARB TV”dən virtualaz.org-a verilən məlumata görə, yaxınlarının bildirdiyinə görə, doğuşa qədər müayinələrdən keçən Nuranənin səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
Əfqan Yusifov (Nuranə Əzizovanın əmisi): “Uşaqla telefon əlaqəsi yaratdıq, hər şey yaxşı idi. Gecə saat 1-də İmişli rayon xəstəxanasının baş həkimi zəng edib bildirdi ki, təcili gedin. Gedib gördük ki, uşaq dünyasını dəyişib”.
Sabirabad rayonu Mərkəzi Xəstəxanasının ginekoloqu Rəna Rəsulova da Nuranənin normal doğuş həyata keçirdiyini təsdiqləyib.
Növbətçi həkimin sözlərinə görə gecə saat 12:20 radələrində ananın vəziyyəti pisləşib. Nuranəyə yardım edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Güllü Quliyeva (növbətçi həkim): “Gəldim gördüm ki, qız gömgöydür. Ağzından köpük daşır, əli ilə də çırpınır. Yuxarı qaldırdıq. Hər şeyi elədik, amma vəziyyətdən çıxara bilmədik”.
Həkimlərin dediyinə görə dünyaya gələn körpənin vəziyyəti normaldır. Körpə bu gün ailəsinə təhvil verilib. Dünyasını dəyişən ananın ölüm səbəbi isə tibbi ekspertizanın rəyindən sonra bəlli olacaq.

Həmçinin oxuyun

Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTO-su

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı həlak olan 1983-cü il təvəllüdlü prokuror Müşfiq Abdullayev …

Bir cavab yazın