Ana səhifə / Aktual / “Mənə 20 il də verilsə razıyam, amma o…”

“Mənə 20 il də verilsə razıyam, amma o…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətlə təqsirləndirilən Elnur Məmmədov və Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə hökm oxunub.
Təqsirləndirilən şəxslər soz söz deyiblər. E.Həsənov günahı olmadığını bildirib. E.Məmmədov isə qətli tək törətdiyini deyib: “Bu işdə Elçinin heç bir günahı yoxdur. O bizi aralaşdırmağa çalışırdı. Mən 4 bıçaq vurdum, biri də elə Elçinin əlinə dəydi. Mənə 20 il də verilsə razıyam, amma Elçin günahsızdır. Bir əlimi kəsmişəm, ayağımı da kəsəcəyəm, özümü öldürəcəyəm”.
Məhkəmə kollegiyasının hökmü ilə E.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib. Elçin Həsənovun ittiham olunduğu qəsdən adam öldürmə maddəsi  isə xuliqanlıq maddəsinə tövsif edilib. O, 4 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaq isə hər iki şəxsi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirmişdi.
Qeyd edək ki, ötən il dekabrın 23-də Bülbülə qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında yerləşən meşəlik deyilən ərazidən naməlum meyit tapılmışdı. Araşdırmalar nəticəsində meyitin Tovuz rayonunda anadan olan və Ramana qəsəbəsində kirayə evdə yaşayan 1988-ci il təvəllüdlü Elşad Əmirov olduğu müəyyən edilib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın