Cümə axşamı , May 2 2024
Ana səhifə / Aktual / Heydər Əliyevin tikdirdiyi kitabxananı kim satıb? – VİDEO

Heydər Əliyevin tikdirdiyi kitabxananı kim satıb? – VİDEO

Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Bakupost.az saytına verdiyi son müsahibəsində olduqca maraqlı məqamlara toxunub.

O, Mətbuat və İnformasiya naziri vəzifəsində olduğu vaxtda (1992–1995-ci illər) Bakıda 121 kitabxananın olduğunu, həmin kitabxanaları çətinliklə də olsa qoruduğunu bildirib:
“Prezident Administrasiyasından paketin içində 50 min dollar rüşvət göndərdilər ki, indi erməni kilsəsi dediyimiz yerin altında “İncəsənət kitab mağazası” var, onun bir qanadını bizə ver. Dedim, bunu apar ver, o göndərən adama, de ki, mən burda kitab dükanlarının alverini təşkil etməmişəm, Azərbaycanın kitab dükanları satışa çıxarılmayıb”.
O vurğulayıb ki, vaxtilə Heydər Əliyevin Hökumət evinin arxasında tikdirdiyi kitabxananı da ələ keçirmək istəyiblər.

Millət vəkili təəssüflə bildirib ki, o, istefa verdikdən sonra həmin kitabxanalar bir-bir ələ keçirilib, indi isə demək olar, heç biri yoxdu.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …