Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Hafiz Hacıyev depressiyada: – “Son günlər həyatıma nifrət edirəm…”

Hafiz Hacıyev depressiyada: – “Son günlər həyatıma nifrət edirəm…”

“Çox əziyyətlər çəkirəm. O qədər bu dövlət üçün həyatmı qoymuşam, amma sonda mən təhqir olunuram”.

Bu sözləri “Müasir Müsavat” Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyev musavat.com-a açıqlamasında deyib.

Hafiz Hacıyev ömrünü dövlət, xalq üçün hədər verdiyini və bunun üçün özünü bağışlamadığını bildirib: “Hökumətin daxilində müğənnilərə milyardlar xərcləyənlər, mənim bir şəkilimin çıxardılmasına 1 manat da köməklik etmədilər. Həyatımdan təəssüflənirəm ki, millət, dövlət üçün bu qədər əziyyət çəkməyin xeyri yox imiş. Əlbəttə ki, biz də əvvəllər işlər görsəydik, müğənnilərin daha yaxşılarını, hətta Amerikadan gətirərdik, tədbirimiz daha yaxşı keçərdi. Ömrümün 30 ilini hədər vermişəm. Bircə buna təəssüflənirəm və bunu özümə bağışlamıram”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …