Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Hacı Əliyev haqqında qərar dəyişdi – Yenilənir

Hacı Əliyev haqqında qərar dəyişdi – Yenilənir

Nur-Sultanda keçirilən dünya çempionatında rusiyalı idmançı Hacımurad Rəşidova uduzan Hacı Əliyevin hakimlərə etiraz etdiyini, onlara hücum çəkdiyini xəbər vermişdik. “Qafqazinfo”nun məlumatına görə, qalmaqala səbəb olan idmançımız dünya çempionatından diskvalifikasiya olunub. 

Belə ki, onun rəqibi Rəşidov finala çıxsa belə, Əliyev təsəlliverici görüşlərə qatılmayacaq. Bununla da o, bürünc medal şanslarından da məhrum olub. 

Hacı Əliyev qarşıda 2020-ci ildə Tokioda keçiriləcək Olimpiadaya lisenziya verəcək 3 turnirdə iştirak  edəcək. Hakimlərin ona göstərdiyi qırmızı vərəq isə yalnız hazırda davam edən dünya çempionatından diskvalifikasiya olunduğu anlamına gəlir. 

***

Beynəlxalq Güləş Federasiyası Hacı Əliyevə güzəşt edib. İdmançımız Rəşidovun finala çıxması halında təsəlliverici görüşlərə qatılacaq. 

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …