Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Hərbçilərimiz Amaras monastrından qondarma bayrağı sökdürdü

Hərbçilərimiz Amaras monastrından qondarma bayrağı sökdürdü

Azərbaycan hərbçilərinin təkidi ilə Xocavənd rayonunda yerləşən Maçkalaşen kəndindəki Amaras monastrının üzərindən qondarma qurumun bayrağı yığışdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Maçkalaşen icmasının rəhbəri Lernik Avanesyana istinadən yazıb.

İcma rəhbərinin sözlərinə görə, azərbaycanlı hərbçilərin tələbindən sonra rus general erməni hərbçilərdən qondarma rejimin bayrağını endirməyi istəyib.

Daha sonra isə hərbçilərimiz Amaras monastrına Azərbaycan bayrağını asıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …