Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Hərbçilər və onların ailə üzvləri ilə bağlı yeni güzəştlər olacaq – Siyahı hazırlanır

Hərbçilər və onların ailə üzvləri ilə bağlı yeni güzəştlər olacaq – Siyahı hazırlanır

Azərbaycanda hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərin siyahısı müəyyənləşir.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, aşağıdakı şəxslər hərbi qulluqçuların ailə üzvləri heasb edilir:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

Hərbi qulluqçularım himayəsində olan şəxslər isə aşağıdakılardır:

1. Arvadı (əri);

2. Uşaqları, habelə 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;

3. Təhsil müəssisələrində əyani təhsilalma formasında təhsilalan 23 yaşına çatmamış övladları;

4. Valideynləri;

5. Qanunla müəyyən edilmiş qaydada qəyyumluğunda və himayəsində olan digər şəxslər.

***

Azərbaycanda hərbi qulluqçuların təminat xərcliyinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsində həmçinin qeyd olunub ki, hərbi qulluqçulara vaxtında ödənilməmiş pul vəsaiti hərbi qulluqçulara və ya onların vərəsələrinə veriləcək/Report.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …