Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Günnütün işğaldan azad edilməsinə dair yeni VİDEO yayıldı

Günnütün işğaldan azad edilməsinə dair yeni VİDEO yayıldı

Müdafiə Nazirliyi Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndinin erməni işğalından azad edilməsinə dair video yayıb.
Azinforum.az  həmin videonu təqdim edir:

Qeyd edək ki, may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …