Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Gömrük rəisinin telefonundan nələr çıxıb? – Lənkəranskinin qardaşı haqda yeni iddialar

Gömrük rəisinin telefonundan nələr çıxıb? – Lənkəranskinin qardaşı haqda yeni iddialar

Öldürülmüş “qanuni oğru” Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev indiyə qədər İstanbulda həbs altındadır

Onun azad olunması və tezliklə Azərbaycana deportasiya olunacağı haqda bəzi KİV-lərdə yayılmış informasiyalar öz təsdiqini tapmayıb.

Xatırladaq ki, Namiq Canıyev 2 noyabrda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulun Bakır-keyi ərazindəkidə Ömür alış-veriş ticarət mərkəzində keçirilmiş xüsusi əməliyyatın gedişatında saxlanılıb. 11 nəfərdən ibarət qatillər qrupu, hansına ki, Namiq Canıyev də daxil idi, bir müddət əvvəl həbsdən azad olunmuş “qanuni oğru” Lotu Qulinin evinə hücum hazırlayıb. Qatillər Lotu Qulinin özü və bütün ətrafı ilə qurtarmağı planlaşdırıblarmış.

Bu hücumun dəqiq planlaşdırıldığını Namiq Canıyevin telefonunda aşkar edilmiş şəkillər də təsdiqləyir. Həmin şəkillərdə Lotu Qulinin evinin və oun ətraf ərazisinin tam və detallı sxemi göstərilib.

İstanbulun təhlükəsizlik polisi Namiq Canıyevin həbsi haqda qərar qəbul edib. Ehtimal ki, ona lotu Quliyə və onun ətrafına sui-qəsdin təşkili ilə bağlı ittihamlar veriləcək.

Qeyd edək ki, o, Dövlət Gömrük Komitəsinin Keşlə bölməsinin rəisi vəzifəsində çalışır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …