Cümə , Aprel 26 2024
Ana səhifə / Aktual / Gəmi qəzasında ölən azərbaycanlının qohumu danışdı – VİDEO

Gəmi qəzasında ölən azərbaycanlının qohumu danışdı – VİDEO

Ötən gün Panama bayrağı altında üzən və Türkiyə sahillərində qəzaya uğrayan “Volqo Balt” yük gəmisi ilə bağlı ukrayna mediyası yeni faktlar əldə etdiyini idda edib və bu barədə məlumat dərc ediblər. Ukrayna mediyasının yaydığı məlumata görə yük gəmisi Rusiyanın Azov limanından Samsun limanına kömür daşıyıb.Müvəqqəti İşğal Olunmuş Ərazilər və Məcburi Köçkünlərin məsələləri üzrə Nazirliyə istinadən yayılan məlumatlarda Rostov əyalətindəki Azov limanının tez-tez Donbassın işğal edilmiş hissəsindən Türkiyə limanları və digər ölkələrə qanunsuz kömür daşınması üçün istifadə edildiyi bildirilib. Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub. gəminin ekipaj üzvlərindən biri Azərbaycan vətəndaşı gəmi kapitanının baş köməkçisi İbrahimov Məmmədəli Surxay oğlu dünyasını dəyişib və onun meyiti sudan çıxarılıb. Azərbaycan vətəndaşı – gəmi kapitanı İsmayılov Turbat Kamil oğlunun axtarışları isə davam etdirilir. Meyidi sudan çıxarılan İbrahimov Məmmədəli 41 yaşında olub və o Neftçala rayonunun Bankə qəsəbəsində yaşayıb. 3 övladı olan məmmədəli özü ailənin tək övladıdır.

Hadisə zamanı dünyasını dəyişən baş köməkçinin bibisi oğlu REAL-a danışıb.

Qeyd edək ki, 2017-ci ilin yayına qədər bu gəmi Rusiya bayrağı altında üzüb və sonradan iki ay müddətinə Sent-Kits və Nevis dövlətinin bayrağı altına keçib. 2017-ci ilin avqustundan isə gəmi Panama bayrağı altında üzüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …