Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / Aktual / Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi ölü tapıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi ölü tapıldı

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Georgi Kutoyan ölü tapılıb.

“Qafqazinfo”nun “sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, onun cəsədi Yerevanda binalardan birindəki mənzildə aşkarlanıb.

Meyitin üzərində güllə yaraları aşkar edilib.

Bəzi erməni KİV 39 yaşlı Kutoyanın intihar etdiyini yazır.

Qeyd olunur ki, Kutoyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik edib.

Həmçinin oxuyun

Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI

Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən …